“Hazırda maraqlandığımız bir çox oyunçu var”.
Bu sözləri Apasport.az saytına açıqlamasında “Karvan-Yevlax” komandasının məşqçisi Füzuli Məmmədov deyib.
Təcrübəli mütəxəssis müdafiə, yarımmüdafiə və hücum xətləri üzrə transferlər etməyi planlaşdırdıqlarını bildirib: “Əsas məqsədimiz hər üç mövqeyə futbolçu cəlb etməkdir. Premyer Liqa və I Liqada çıxış edən oyunçuları yaxından izləyirik. Daha çox komandalarında az şans qazanan futbolçulara diqqət yetiririk. Hazırda konkret ad çəkmək düzgün olmaz. Məqsədimiz gənc oyunçularla yanaşı, Premyer Liqa təcrübəsi olan futbolçulardan da istifadə edərək komandanı düşmə zonasından uzaqlaşdırmaqdır”.
Qeyd edək ki, “Karvan-Yevlax” komandası mövsümün ilk dövrəsini 6 xalla turnir cədvəlinin sonuncu pilləsində başa vurub.