Millinin oyunlarının biletləri satışa çıxarılıb
07.09.2026 - 17:40
Millinin oyunlarının biletləri satışa çıxarılıb

Futbol üzrə Azərbaycan milli komandasının qarşıdakı üç görüşünün biletləri satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, yığmamız yoldaşlıq görüşündə Tacikistan, UEFA Millətlər Liqasında isə Lixtenşteyn və Litva milliləri ilə qarşılaşacaq.

Azərbaycan millisi sentyabrın 23-də saat 20:00-da “8-ci kilometr” stadionunda Tacikistanla üz-üzə gələcək.

Yığmamız oktyabrın 1-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyni qəbul edəcək. Oktyabrın 4-də isə saat 17:00-da “8-ci kilometr” stadionunda Litva ilə qarşılaşacaq.

Qeyd edək ki, oyunların biletləri iTicket.az⁠ vasitəsilə satışa çıxarılıb.