MOİK-in məşqçisinə iki oyunluq cəza
30.04.2025 - 12:52
MOİK-in məşqçisinə iki oyunluq cəza

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, yığıncaqda I Liqanın XXIII turu da müzakirə olunub.

Tədbirdə aşağı qərarlar qəbul olunub:

24.04.2025-ci il tarixində I Liqada XXIII turun “Qaradağ Lökbatan” – “Difai” oyununun 52-ci dəqiqəsində “Difai” klubunun 1 nömrəli futbolçusu Sahib Həsənov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Difai” klubu 100 manat cərimə edilsin (maddə 41);

25.04.2025-ci il tarixində I Liqada XXIII turun “Karvan” – “Cəbrayıl” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilsin (maddə 70.1);

25.04.2025-ci il tarixində I Liqada XXIII turun “Karvan” – “Cəbrayıl” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilsin (maddə 51.2);

25.04.2025-ci il tarixində I Liqada XXIII turun “Qəbələ” – MOİK oyununda “Qəbələ” klubunda 4 nəfər sarı vərəqə aldığı üçün “Qəbələ” klubu 70 manat cərimə edilsin (maddə 37);

25.04.2025-ci il tarixində I Liqada XXIII turun “Qəbələ” – MOİK oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qəbələ” klubu 80 manat cərimə edilsin (maddə 51.2);

25.04.2025-ci il tarixində I Liqada XXIII turun “Qəbələ” – MOİK oyununun 90+7-ci dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qəbələ” klubu 150 manat cərimə edilsin (maddə 52.2);

25.04.2025-ci il tarixində I Liqada XXIII turun “Qəbələ” – MOİK oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK klubu 70 manat cərimə edilsin (maddə 37);

25.04.2025-ci il tarixində I Liqada XXIII turun “Qəbələ” – MOİK oyunu bitdikdən sonra MOİK klubunun məşqçisi Ramin Nəsibov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalansın, MOİK klubu 150 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 42.3, 32).