Naxçıvan Futbol Federasiyasına yeni sədr seçilib
06.07.2024 - 12:12

Naxçıvan Futbol Federasiyasında yeni təyinat baş tutub.
Apasport.az-ın məlumatına görə, Zaur Axundov qurumun yeni sədri seçilib.
Bununla bağlı federasiyanın bu gün keçirilən hesabat-seçki yığıncağında qərar verilib.
Qeyd edək ki, 1973-cü ildə Naxçıvan şəhərində anadan olan Zaur Axundov 2008-ci ildən Azərbaycan Futzal Federasiyasının prezidentidir. AFFA İcraiyyə Komitəsinin üzvü, “Keşlə” Futbol Klubunun Müşahidə Şurasının sədri olub.
- "Zirə"nin və millinin çalışdırıcısı: "Əsas məsələ Azərbaycanı xarici ölkələrdə yaxşı təmsil etməkdir"
- Millimizin Haiti və Belarusla oyunlarının təyinatları açıqlanıb
- Bu gün Bakıda keçiriləcək dünya çempionatının püşkü atılacaq
- "Baku Sportinq" "İmişli"yə qarşı - YENİLƏNİR
- Millimiz Avropa çempionatının II seçmə mərhələsində ilk matçına çıxacaq
0
0