"Neftçi" "Qarabağ"la oyuna itkilərlə çıxacaq
17.12.2023 - 10:41
Azərbaycan Premyer Liqasının XVII turunun mərkəzi görüşündə "Neftçi" “Qarabağ”la üz-üzə gələcək.
Apasport.az xəbər verir ki, matçöncəsi "flaqman"ın heyətindəki zədələr Bakı təmsilçisi üçün problem yaradır.
Zədə ucbatından komandanı yaınız buraxacaq futbolçular qapıçı İvan Brkiç, yarımmüdafiəçilər Qara Qarayev və Ataa Caberdir.
İlk iki oyunçu bir müddətdir zədədən əziyyət çəkir, Caberin isə topuğunda burxulma olub. Futbolçuların hər üçü müalicələrini davam etdirirlər.
Qeyd edək ki, sabah saat 20:00-da baş tutacaq görüş CBC Sport vasitəsiylə canlı yayımlanacaq.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
0
0