"Neftçi"dən ayrıldı, İsrailə getdi
19.12.2023 - 23:01
"Neftçi"dən 5 gün öncə ayrılan Kenni Sayefin yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, 30 yaşlı israilli yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.
Belə ki, o, Hayfa "Makkabi"sinə keçib. İsrail klubu bu barədə sosial şəbəkə hesablarında məlumat yayıb. Sayeflə 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Kenni 2022-ci ilin yayından "Neftçi"də çıxış edirdi. Onun Bakı klubundan şəxsi məsələlərə görə ayrıldığı bildirilmişdi.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
0
0