"Neftçi"nin aşağı yaş qruplarından ibarət komandalarına seminar keçirilib
02.12.2024 - 17:59
“Neftçi Arena”da “Neftçi”-nin U-19, U-17, U-16, U-15 və qızlardan ibarət U-17 komandalarının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.
Apasport.az xəbər verir ki, “Neftçi” Futbol Akademiyasının direktoru Cemal Bülbül, koordinatorlar Elşad Əhmədov və Sənan Qurbanovun rəhbərliyi altında təşkil olunan tədbirdə paytaxt təmsilçisinin üzvlərinə oyun qaydaları və danışılmış oyunlara qarşı mübarizə barədə məlumatlar verilib.
Bundan başqa, irqçiliyə qarşı mübarizə və antidopinq qaydalarından da bəhs edilib.
- “Neftçi” - “Zirə” matçının hakimləri bəlli olub
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb
0
0