Paralimpiyaçılarımız beynəlxalq turnirdə çıxış edəcəklər
25.10.2025 - 12:25
Boccia idman növü üzrə paralimpiyaçılarımız 25-31 oktyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində keçirilən Türkdilli dövlətlər arasında beynəlxalq turnirdə çıxış edəcək.
Apasport.az xəbər verir ki, yarışda kişi paralimpiyaçılarımızdan Nəriman Pirquliyev (BC1), Orxan Kərimov BC2), Bəhruz Mirzəyev (BC4) və Zaur Veysəlov (BC4), qadınlardan isə Sona Ağayeva (BC2) ilə Günel Rzazadə (BC4) mübarizə aparacaqlar.
Paralimpiyaçılarımızı yarışa məşqçi Elşən Məhərrəmov çıxaracaq.
Turnirdə ölkəmiz ilə yanaşı, Qazaxıstan, Türkiyə, Özbəkistan və Qırğızıstan idmançıları da mübarizə aparacaq.
0
0