Premyer Liqa klublarının 2024-cü ildəki gəlirləri açıqlanıb
17.12.2025 - 14:52
Premyer Liqa klublarının 2024-cü ildəki gəlirləri açıqlanıb

Azərbaycan Premyer Liqasında çıxış edən klubların 2024-cü maliyyə ilinə dair gəlir göstəriciləri açıqlanıb.

Apasport.az xəbər verir ki, 2024-cü də Premyer Liqa klublarının ümumi gəlirləri 2023-cü illə müqayisədə təxminən 19 faiz artıb.

“Qarabağ” FK gəlirlər baxımından lider mövqeyini qoruyub. Ağdam təmsilçisinin 2024-cü ildə gəliri 34 milyon 753 min 800 manat təşkil edib.

İkinci pillədə “Neftçi” qərarlaşıb. Bakı klubunun 2024-cü il üzrə gəliri 28 milyon 617 min 506 manat olub. İlk üçlüyü isə “Sabah” tamamlayır – paytaxt təmsilçisi 26 milyon 953 min 800 manat gəlir əldə edib.

Digər klubların 2024-cü il gəlirləri belədir:

“Zirə” FK – 10 milyon 968 min 897 manat

“Sumqayıt” FK – 9 milyon 178 min 600 manat

“Səbail” FK – 9 milyon 292 min 900 manat

“Araz-Naxçıvan” PFK – 6 milyon 208 min 100 manat

“Turan Tovuz” PFK – 6 milyon 145 min 200 manat

“Kəpəz” PFK – 3 milyon 711 min 300 manat

“Şamaxı” FK – 5 milyon 586 min manat

2024-cü il üzrə pay bölgüsünə baxdıqda, ümumi gəlirin 25 faizi “Qarabağ”ın, 21 faizi “Neftçi”nin, 20 faizi “Sabah”ın payına düşüb.