“Qarabağ” Masazırda xal itirdi - YENİLƏNİB
07.12.2024 - 19:54
Bu gün Misli Premyer Liqasında XVI tura start verilib.
Apasport.azxəbər verir ki, ilk oyun günündə iki matç baş tutub.
Turun mərkəzi oyununda “Sabah” “Qarabağ”la üz-üzə gəlib. Matçda hesabı meydan sahibləri açıb. Lakin "bayquşlar" üstünlüyünü qoruya bilməyib. Ağdamlılar səfərdən bir xalla dönməyi bacarıblar.
Qeyd edək ki, tura dekabrın 9-da yekun vurulacaq.
Misli Premyer Liqası
XVI tur
7 dekabr (şənbə)
18:00. “Sabah” – “Qarabağ” 1:1
Qollar: Neqoş Kupuşoviç, 49 - Nəriman Axundzadə, 68
Baş hakim: Elçin Məsiyev
“Bank Respublika Arena”
- “Neftçi” - “Zirə” matçının hakimləri bəlli olub
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb
2
0