“Qarabağ” Rusiyada oynasaydı, liderlər arasında olardı”
05.12.2024 - 13:43

"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov hazırda karyerasını Moskvanın "Dinamo" komandasında davam etdirir.
Apasport.az xəbər verir ki, 33 yaşlı futbolçu Rusiya mətbuatına verdiyi açıqlamada Ağdam klubunun Rusiya çempionatında iddialılar arasında ola biləcəyini deyib:
“Qarabağ” Rusiyada oynasaydı, liderlər arasında olardı. Buna şübhəm yoxdur. Bu komanda ən yüksək yerlər uğrunda mübarizə aparardı”.
Xatırladaq ki, Lunyov 2023/24 mövsümündə "Qarabağ"da çıxış edib. Ağdam klubu ilə müqaviləsi başa çatdıqdan sonra o, "Dinamo"ya keçib.
- "Turan" FK-a məxsus Hünər təlim-məşq bazasının ilk təbii örtüklü meydançasının açılışı olub - VİDEO
- Ehtiram Quliyev: "Bu, komandamızın nailiyyətləri üçün önəmli mərhələdir"
- Aqil Nəbiyev: "Uşaqlar buna görə əziyyət çəkirlər"
- Milan Antiç: “Qəbələ” layiq olduğu yerə qayıtdı"- Müsahibə
- Məqsəd İsayev üçün əlamətdar matç
0
0