Çempionlar Liqasının qrup mərhələsi başa çatıb.
Apasport.az xəbər verir ki, bununla da Avropa Liqasının pley-offuna yollanacaq komandaların tam siyahısı bəlli olub.
VI turun ikinci günündə bu turnirə son iki vəsiqə də sahibini tapıb. “Milan” və “Şaxtyor” qrup üçüncüsü kimi Avropa Liqasına yuvarlanıb.
Bu iki komanda Azərbaycan çempionu “Qarabağ”ın mümkün rəqibləri sırasına qoşulub. Qurban Qurbanovun yetirmələri “Haken”lə bugünkü matçdan sonra da ikinci pillədəki mövqeyini qorusa pley-offda oynayacaq.
“Qarabağ”ın mümkün 8 rəqibi isə “Qalatasaray”, “Milan”, “Şaxtyor”, “Lans”, “Feyenord”, “Yanq Boyz”, “Benfika” və “Braqa”dır. Bu raundun püşkatması dekabrın 18-də İsveçrədə atılacaq.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ