Ölkə kubokunun 1/8 final mərhələsinin oyunu üçün “Qarabağ” və MOİK klubları Xankəndiyə yola düşüb.
Apasport.az saytına verilən məlumata görə, hər iki komanda eyni təyyarə ilə artıq bir neçə dəqiqə əvvəl havalanaraq Füzuli Hava limanına uçub.
35 dəqiqəlik uçuşdan sonra hər iki komanda Füzulidən birbaşa Şuşaya yollanacaq. Bu arada, qeyd edək ki, “Qarabağ” və MOİK-lə yanaşı, oyunun hakimləri də eyni təyyarədə səfər edirlər. Hər iki komanda, üstəgəl hakimlər də Xarı Bülbül otelində qalacaqlar.
Qeyd etdiyimiz kimi, matçdan sonra komandalar eyni reyslə Bakıya dönəcək.
Xatırladaq ki, “Qarabağ” – MOİK matçı sabah saat 14:00-da Xankəndi şəhər stadionunda keçiriləcək.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ