"Qarabağ"a rəqib gəlir: Onlar da bunu edəcək - EKSKLÜZİV
13.12.2025 - 13:48
Misli Premyer Liqasında çıxış edən klublardan daha biri öz maskotunu yaradıb.
Apasport.az saytına verilən məlumata görə, “Sabah” komandanın talismanını hazırlayıb.
Hələlik adı açıqlanmayan maskot üzərində “qara-çəhrayı” forma olan bayquş görünüşündədir. O, xüsusi olaraq Avrasiya bayquşu kimi təsvir olunub.
Talismanı növbəti ilin əvvəlindən meydanlarda görə biləcəyik.
Qeyd edək ki, bu, Premyer Liqada ilk maskot deyil. Bunadək “Qarabağ” “Kəhər”, “Qəbələ” isə “Fanbala” adlı maskotunu ictimaiyyətə təqdim edib.
0
0