"Qarabağ"da kritik müqavilə - LEGİONERLƏ RAZILIQ ƏLDƏ OLUNDU
24.04.2025 - 15:12

"Qarabağ"ın futbolçusu Yassin Benzianın durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, Ağdam klubu əlcəzairli yarımmüdafiəçini razı sala bilib.
Tərəflər yeni müqavilə ilə bağlı razılığa gəliblər.
Burda futbolçunun qərarı da önəmli rol oynayıb. Belə ki, futbolçu özü "Qarabağ"da qalmaq istəyib.
O, yalnız maaşının artırılmasını istəyib. Ağdam təmsilçisi də oyunçunun tələbini dəyərləndirib və ona istədiyi maaşı verəcəklərini bildirib.
Yassin ilə 1+1 illik yeni sözləşmə imzalanması gözlənilir.
Qeyd edək ki, Benzianın klubla müqaviləsi mövsümün sonunda başa çatacaq.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL
15
1