“Qəbələ”nin kapitanı Murad Musayevlə mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan müdafiəçi 2012-2013-cü illər mövsümündə komandanın heyətində Azərbaycan Premyer Liqasında debüt edib. M. Musayev “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasında və ölkə kubokunda 173 oyunda meydana çıxıb, 4 qol vurub.
O, “Qəbələ”də 2023-cü ildə Azərbaycan kubokunun qalibi olub.
Klub Murad Musayevə kluba xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
- İntizam Komitəsinin iclası keçirilib
- “Qarabağ” Abbas Hüseynovla yollarını ayırdı - RƏSMİ
- Yeton Bekiri: “Digər vacib məqam isə…”
- Azərbaycan Kubokunda hakim qalmaqalı – İki sarı vərəqə göstərdi, qırmızı vermədi
- Azərbaycan Kuboku: “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Araz-Naxçıvan” növbəti mərhələdə - YENİLƏNİB