“Qəbələ” qış toplanışında üç yoxlama oyunu keçirəcək
04.01.2026 - 00:49
“Qəbələ” qış toplanışında üç yoxlama oyunu keçirəcək

“Qəbələ”nin qış təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama görüşlərində qarşılaşacağı rəqiblər müəyyənləşib.

Apasport.az xəbər verir ki, komanda yanvarın 10-da evdə “Kəpəz”lə üz-üzə gələcək.

Üç gün sonra isə hazırlıq prosesinin ikinci mərhələsi üçün Bakıya yollanacaq.

“Qəbələ” paytaxtda daha iki yoxlama oyunu keçirəcək. Yanvarın 14-də “Araz-Naxçıvan”la qarşılaşacaq “qırmızı-qaralar”, ayın 18-də isə “Baku Sporting”lə matçda qüvvəsini sınayacaq.

Oyunların başlama saatı və keçiriləcəyi məkan barədə əlavə məlumat daha sonra açıqlanacaq.