Qurban Qurbanov İsveçdə jurnalistlərin suallarını cavablayacaq
11.12.2024 - 09:53
UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda keçiriləcək “Elfsborq” (İsveç) – “Qarabağ” matçından öncə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı və komandanın açıq məşqinin vaxtı məlum olub.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mətbuat konfransı bu gün, Bakı vaxtı ilə saat 21:40-da baş tutacaq.
Saat 22:00-da isə ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq məşq başlayacaq.
Qeyd edək ki, dekabrın 12-də keçiriləcək “Elfsborq” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
- “Neftçi” - “Zirə” matçının hakimləri bəlli olub
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb
0
0