Qvardiola özünü ofisinə "həbs edib" - Zəngləri açmır
04.12.2024 - 11:43
Qvardiola özünü ofisinə "həbs edib" - Zəngləri açmır

Futbol tarixinin ən uğurlu baş məşqçilərindən biri hesab edilən Pep Qvardiola “Mançester Siti”də karyerasının ən pis dövrünü yaşayır.

Apasport.az "Atletik"ə istinadla xəbər verir ki, Qvardiola bu mövsüm gözləntilərdən xeyli aşağı çıxış edən komandasının vəziyyətini düzəltmək üçün ofisinə qapanıb.

"Siti"dəki böhranı həll etməyə çalışan mütəxəssis hətta gələn zənglərə də cavab vermir.

Pep “Mançester Siti”dəki pis vəziyyətin ən böyük günahkarı olaraq özünü görür.

Keçən həftə verdiyi açıqlamada ispan məşqçi "Həyatı dərk etdiyim andan etibarən ​​anam və atam hər zaman yanımda olub. İndi mən də futbolçularımın yanında olmaq və onlara kömək etmək istəyirəm", - deyib.

Qeyd edək ki, ardıcıl 7 oyundur, qələbə qazana bilməyən komanda sonuncu dəfə Premyer Liqada "Liverpul"a 2:0 hesabı ilə məğlub olub.

0