“Ötən mövsümün sonunda özlüyümdə qərarımı verdim ki, Rusiya Premyer Liqasını tərk edəcəm”.
Apasport.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Reziuan Mirzov deyib.
Rusiyalı yarımmüdafiəçi vətənində verdiyi açıqlamada Bakı klubuna keçidindən danışıb: “30 yaş, müqavilə bitir... İndi getməsəm, nə vaxt gedəcəm? Mən şəraiti dəyişmək istəyirdim. Mövsüm bitəndən sonra bir müddət evdə oldum, sonra üç həftə Məkkədə keçirdim, ardınca bir ay klub axtardım”.
Mirzov klub axtardığı vaxtda çox sayda təkliflər alıb: “Nələr təklif olunmurdu ki... Kipr, Yunanıstan, Səudiyyə Ərəbistanı. Telefon təklif zənglərindən “dağılırdı”. Rusiyada Premyer Liqanın aşağı hissələrindəki komandalardan da təkliflər var idi. Amma getmək istəyirdim. Çünki son mövsüm çox ağır və mənfi olmuşdu. Mən də “Neftçi”ni seçdim. Çünki müqavilə əlimdə idi. Bu, yaxşı variant idi”.
Qeyd edək ki, Mirzov sentyabrda “Ximki”dən “Neftçi”yə keçib.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ