“Sabah” onunla bağlı qərarını verdi - KOMANDADA SAXLAYACAQ
26.12.2025 - 18:13
Misli Premyer Liqası təmsilçisi "Sabah" mövsümün əvvəlində "Lill"dən icarəyə götürdüyü Aron Maluda ilə bağlı qərarını verib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, qəsəbə təmsilçisi 19 yaşlı forvardı birdəfəlik transfer etməyi planlaşdırır.
Komandanın baş məşqçisi Valdas Dambrauskas fransalı oyunçunun çıxışını bəyənir və rəhbərlikdən hücumçunun heyətdə saxlanılmasını tələb edib.
Qeyd edək ki, Maluda bu mövsüm "Sabah"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Abşeron Lions” heyətini yeni oyunçu ilə gücləndirib
- Azərbaycan millisinin sabiq üzvü Türkiyədə həbs olunub
- “Araz-Naxçıvan”da ayrılıq rəsmiləşib
- İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
- Hakimlər Komitəsinin sədri: "Əliyar Ağayev "Neftçi"nin oyununda səhv qərar verib" - VİDEO
2
0