Millimizə cəlb edilmiş futbolçu "Zirə" və "Sumqayıt" arasında seçim edəcək
“Sabah”ın futbolçusu Ceyhun Nuriyev 2024-cü ildən yeni komandada oynayacaq.
Apasport.az xəbər verir ki, bu il Azərbaycanın əsas millisinə də cəlb edilmiş yarımmüdafiəçi “Zirə” və “Sumqayıt”ın transfer siyahısındadır.
Gənc yarımmüdafiəçinin bu iki komandadan birində oynayacağı dəqiqdir. Onun qəsəbə təmsilçisinə keçidə daha yaxın olduğu iddia edilir.
Nuriyev “Sabah”ın əsas komandasında oynasa da, bir müddət əvvəl Nicat Mehbalıyevlə birlikdə əvəzedici heyətə göndərilmişdi. 22 yaşlı futbolçu 2020-ci ildə “Keşlə”dən (indiki “Şamaxı”) “Sabah”a keçib.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ