“Şamaxı”da ayrılıq - RƏSMİ
03.01.2026 - 11:52
“Şamaxı”da ayrılıq - RƏSMİ

“Şamaxı” klubunda ayrılıq baş verib.

Apasport.az xəbər verir ki, müdafiəçi Sənan Muradlı komandanı tərk edib.

Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

19 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Muradlı müqavilə ilə məxsus olduğu “Sumqayıt” klubuna geri qayıdıb.