Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Neftçi" - "Difai" matçından (6:0) sonra "ağ-qaralar"ın baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis oyun barədə fikirlərini bölüşüb:
"Futbolçulardan və onların göstərdikləri əzmkarlıqdan çox razı qaldım. Onlara təşəkkür edirəm. Bu cür oyunlarda meydandakı nizam-intizam çox önəmlidir. Xüsusilə göstərilən əzmkarlıq sevindiricidir. Bu gün buna ehtiyacımız var. Rəqibin I Liqa komandası olmasına baxmayaraq, çox yaxşı oyun alındı. Adımızı təmsil edirik, bunu qoruyub saxlamalıyıq. Futbolçulardan və onların göstərdikləri əzmkarlıqdan çox razı qaldım. Belə də davam edəcəyik”.
Qeyd edək ki, "Neftçi"nin 1/4 final mərhələsindəki rəqibi "Kəpəz" olacaq.