“Səbail”də ciddi itki
03.12.2024 - 19:22
"Səbail"də ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın hücumçusu Madi Queta zədələnib.
O, Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qaradağ Lökbatan"la matçında xəsarət alıb. Futbolçunun ayağı burxulub.
Quetanın durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, görüş "Səbail"in qələbəsi ilə nəticələnib - 2:0.
0
0