Səbuhi Abdullazadə Avropa yolunda - Millimizin üzvü uğrunda mübarizə
21.04.2025 - 20:51
Azərbaycan millisinin daha bir üzvü Polşaya yollana bilər.
Apasport.az saytına verilən məlumata görə, "Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə Polşa klublarının maraq dairəsinə düşüb.
Həmin klublardan biri də "Radomyak"dır.
Renat Dadaşov və Rahil Məmmədovun formasını geyindiyi Radom təmsilçisi Abdullazadə ilə bağlı planını hazır edib.
Klub onu yayda heyətinə qatmaq istəyir. Lakin futbolçunun xidmətində başqa klublar da maraqlıdır. Bu səbəbdən burda Səbuhinin özünün seçimi rol oynayacaq.
Qeyd edək ki, Səbuhinin "Sumqayıt"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
- Rauf Əliyev “Sabah”a inanır: “Eyni ssenari təkrarlana bilər”
- “Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq
- “Sumqayıt”ın futbolçusu gileylidir: Müqaviləm olduğu halda komandada görülmürəm
- Dambrauskas inamlıdır: "Biz hazırıq"
- Rəhim Həsənov: "Turan"ın sayılmayan qolunda aşkar görüntü yox idi"
1
0