Azərbaycanda üç nəfər müxtəlif müddətlərdə futboldan uzaqlaşdırılıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Region Liqasında iştirak edən "Bakı" TFK komandasının rəsmisi İsmayıl Hüseynzadə tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığına görə onun 3 (üç) il ərzində futbola aid istənilən fəaliyyətdə iştirak etməsinə qadağa qoyulub.
Eyni turnirdəki "Çinar-Zəngilan"ın idman direktoru Anar Dünyamalıyev tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığına görə onun 3 (üç) il ərzində futbola aid istənilən fəaliyyətdə iştirakı qadağan edilib.
Bundan əlavə, "Baku TFK"nın icraçı direktoru Rövşən Mustafayev lisenziyaların alınması üçün təqdim olunmuş sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün onun 1 il 6 ay müddət ərzində futbola aid istənilən fəaliyyətə qatılması qadağan olunub.
- “Abşeron Lions” heyətini yeni oyunçu ilə gücləndirib
- Azərbaycan millisinin sabiq üzvü Türkiyədə həbs olunub
- “Araz-Naxçıvan”da ayrılıq rəsmiləşib
- İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
- Hakimlər Komitəsinin sədri: "Əliyar Ağayev "Neftçi"nin oyununda səhv qərar verib" - VİDEO