Ötən ay açılışı olan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək ilk oyunun tarixi müəyyənləşib.
Apasport.az sport24.az-a istinadən xəbər verir ki, tarixi hadisə noyabrın 26-a təsadüf edəcək.
Həmin gün “Sumqayıt” Premyer Liqanın XIV turu çərçivəsində “Zirə”ni qonaq edəcək. Artıq arenada keçiriləcək ilk oyunun təşkili ilə bağlı işlərə start verilib.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 noyabr tarixli Sərəncamına əsasən 2020-ci ildə başlanılıb. Tikinti işləri mərhələli şəkildə icra edilməklə 2022-ci ildə başa çatdırılıb.
Tamaşaçı tutumu 9502 nəfər olan stadionun ərazisi 6,8 hektardır. İyirmi iki sektordan ibarət stadionda 545 nəfərlik VİP və KİV tribunası da yaradılıb.
- II Liqa: III turun oyun cədvəli açıqlanıb
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"