“Sumqayıt”dan Suliman qərarı - RƏSMİ
02.05.2025 - 11:29

"Sumqayıt" daha bir futbolçusu ilə müqavilə müddətini artırıb.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
“Gənclik şəhəri” təmsilçisi İsa Sulimanla yeni anlaşma imzalayıb. Müdafiəçi ilə müqavilə daha 2 il müddətinə uzadılıb.
Qeyd edək ki, 2023/24 mövsümündən “Sumqayıt”da çıxış edən İsa Suliman 27 Premyer Liqa və 2 kubok matçında meydanda olub. O, bu matçlarda 4 qol vurub.
0
0