“Turan Tovuz”un futbolçusu əməliyyat olunub
05.12.2024 - 21:57
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Turan Tovuz" - "Sabah" oyununda ayağı qırılan Denis Marandiçi əməliyyat olunub.
Apasport.az xəbər verir ki, əməliyyatı uğurlu keçən moldovalı müdafiəçi bir neçə gün həkim nəzarətində qaldıqdan sonra evə buraxılacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bundan sonrakı bütün proses klub rəhbərliyi və klub həkimlərinin nəzarətində olacaq.
- “Neftçi” - “Zirə” matçının hakimləri bəlli olub
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb
0
0