U-19 yığmamızın rəqibləri müəyyənləşib
06.12.2024 - 14:02
![U-19 yığmamızın rəqibləri müəyyənləşib](https://ww3.apasport.az/storage/news/2024/december/06/big/6752cbaf2906c6752cbaf2906d17334793436752cbaf2906a6752cbaf2906b.jpg)
Azərbaycanın 19 yaşadək qızlardan ibarət millisinin 2024/2025 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsindəki rəqibləri bəlli olub.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan U-19 Şimali İrlandiya, Albaniya və Monteneqro yığmaları ilə mübarizə aparacaq.
Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində gerçəkləşib.
İkinci mərhələnin oyunları 2025-ci ilin fevral-aprel ayları aralığında keçiriləcək.
0
0