Ukrayna klubundan "Neftçi"yə: Vernidubdan transfer həmləsi
25.12.2025 - 11:16
“Neftçi” heyətini daha bir əcnəbi oyunçu ilə gücləndirə bilər.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” Ukraynanın "Polesya" klubunun mərkəz müdafiəçi Danilo Beskorovaynı ilə maraqlanır.
Jitomir təmsilçisi onun üçün təklifləri qəbul etməyə hazırdır.
Danilo daha əvvəl 2024-cü ildə “Krivbass”da Yuri Vernidubla çalışıb. Vernidub indi sabiq tələbəsini “Neftçi”yə gətirmək niyyətindədir.
Müdafiəçi bu mövsüm "Polesya"nın heyətində 9 oyuna çıxıb.
“Transfermarkt”da dəyəri 600 min avro olan futbolçu Ukraynanın U-20 yığmasının da formasını geyinib.
0
0