Üzgüçülərimiz MDB Oyunlarını 13 medalla başa vurub
02.10.2025 - 11:39
Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük yarışları yekunlaşıb.
Apasport.az xəbər verir ki, bu gün keçirilən 1 500 metr məsafəyə sərbəst üsulla üzməkdə azərbaycanlı üzgüçü Anastasiya Gnussina üçüncü yerə çıxıb.
Rusiyalı Anastasiya Çernışova birinci, onun həmyerlisi Valeriya Brazniçenko ikinci olub.
Qeyd edək ki, azərbaycanlı idmançılar üzgüçülük yarışlarını 13 medalla (2 qızıl, 5 gümüş, 6 bürünc) başa vurub.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0