Misli Premyer Liqasının XV turunun "Sabah" - "Səbail" matçından (1:0) sonra meydan sahiblərinin baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib.
"Oyun asan alınmadı. Birinci hissə daha yaxşı çıxış etdik. İkinci hissə bir az arxaya oturduq. Yəqin ki, ikinci qolu vurmaq lazım idi. Sonradan müdafiəyə çəkildik. İşləməyə davam edəcəyik ki, daha məzmunlu oyunlar görəsiz".
- Kapitan ehtiyatda qalmışdı. Elvin Camalovun ehtiyatda qalmasının səbəbi nə idi? Davamı olaraq da, niyə məhz Şafrankonu kapitan seçmişdiz?
- Bu, məşqçilərin qərarı idi. Qısa zamanda çox oyunumuz olacaq. Bir çox rotasiyalarımız olacaq. Elvin bu gün ikinci hissədə oynadı. Meydana çıxanda da kapitan sarğısını aldı.
- Komandanın potensialı haqda fikir formalaşıb sizdə?
- Çox yüksəkdir. Hücum xəttimizin potensialı yüksəkdir. Bəzi komponentlərdə artırmalıyıq ki, yüksək yerlərdə gedən komandalarla rəqabət aparaq.
- Maqsud Adıgözəlov Rusiya mətbuatına demişdi ki, komandanı qısa müddətdə toparlamalı və hədəflərə çatmalıyıq. Sizin qarşınıza əsas olaraq hansı hədəflər qoyulub?
- Avrokuboklara düşmək. Azərbaycana qonaqpərvərliyinə görə təşəkkür edirik.
- Kubok yolu ilə, yoxsa çempionat yolu ilə?
- Bizi istənilən yol razı salır. Amma yəqin ki, ən qısa yol kubokdur.
- Məşqçilərin qərarı Elvin Camalovun ehtiyatda oturması idi, yoxsa kapitan sarğısını Şafrankoya vermək?
- Bizdə ikinci kapitan Amin Seydiyevdir. Digəri Namik Ələsgərovdur. Bəzi futbolçularda emosional yüksəliş olur. Pavola ona görə vermişdik. Qısa müddətdə çox oyun olacaq. Dəyişikliklər az olmayacaq.
- Murad Musayevlə "Sabah" haqda danışmısız? Azərbaycan futbolu haqda məlumatınız var idi?
- Xeyr, Muradla danışmamışam. O, mesaj yazaraq uğurlar arzladı. Azərbaycan futbolu haqda bilirəm ki, "Qarabağ" avrkuboklarda oynayır, "Sabah" da oynayıb. Azərbaycan futbolunu Murada görə bilirəm. Birlikdə, PRO kateqoriyasını oxumuşuq. O, mənə çox şey deyib. Dediklərindən nəticəyə gəlirəm ki, həqiqətən reallığa uyğundur.
- Təklif kimdən gəldi və düşünmək üçün nə qədər vaxt lazım oldu?
- Təklif ani alındı. Təkliflə qərar arasında vaxt az oldu. Mənim üçün "Sabah"ı çalışdırmaq böyük fəxr idi. Ona görə də bundan imtina edə bilməzdim.
- "Qarabağ"ı çıxmaq şərtilə hansı klubla maraqlanmısız? Özünüz axtarış etmişdiz?
- Azərbaycan futbolu inkişaf edir. İnfrastuktura çoxlu yatırım edilir. Hamımız birlikdə daha da irəliyə doğru gedəcəyik.