Avstraliyada 16 komandanın iştirakı ilə təşkil olunmuş 2.1 kateqoriyalı “Herald Sun Tour” yarışında 163 km-dən ibarət 2-ci mərhələ başa çatıb. Velosiped Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, bu dəfə yerli “Orica GreenEDGE” komandasının üzvü Simon Klark 4 saat, 5 dəqiqə, 1 saniyə nəticə ilə finiş xəttini birinci keçib.
Veloyürüşdə mübarizə aparan Azərbaycanın “Synergy Baku” komandasının avstraliyalı üzvü Patrik Leyn liderdən 1 dəqiqə, 11 saniyə geri qalmaqla 4-19-cu yerləri bölüşüb. 2 mərhələdən sonra Patrik Leyn ümumi sıralanmada 23-cü yerdə qərarlaşır – indi onu birinci yerdən 1 dəqiqə, 32 saniyə ayırır.
Yeri gəlmişkən, hazırda yay mövsümünün davam etdiyi Avstraliyada havanın hərarəti 40 dərəcəyə çatır ki, bu cür isti iştirakçılara əlavə çətinlik yaradır. Avstraliyaya soyuq Bakıdan yollanan komandamızın üzvü Elçin Əsədov iqlim dəyişikliyi səbəbindən soyuqlasa da, 1-ci mərhələ ilə müqayisədə yarışın 2-ci turunda daha inamlı təsir bağışlayıb.
Sabah keçiriləcək 3-cü mərhələdə iştirakçılar 156 km məsafə qət edəcəklər.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək