Rumıniyanın paytaxtı Buxarestdə qadın boksçular arasında keçirilən Avropa çempionatı davam edir. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan yığmasının iki üzvü qitə çempionatını ən azı bürünc medalla başa vuracaq.
75 kq çəki dərəcəsində mübarizə aparan Leyla Cavadova 1/4 finalda rumıniyalı Ana Patraskunu məğlub edib – 3:0. Həmyerlimiz yarımfinalda Almaniya boksçusu Sara Şeuriçlə üz-üzə gələcək.
Dünya çempionatının bürünc mükafatçısı Yelena Vıstropova da (69 kq) yarımfinala yüksəlib. Boksçumuz ikinci görüşündə polşalı Natalya Hollinsanı üstələyib – 3:0. Vıstropovanın növbəti rəqibi rumıniyalı Mikaela Kristiana olacaq.
Əzizə Abbasova (48 kq) isə türkiyəli Ayşə Çağrıra 0:3 hesabı ilə uduzaraq, yarışdan kənarda qalıb.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib