Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun üzvləri Avstriyada Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Grand Prix Südkärnten” veloyürüşündə mübarizə aparıblar. Apasport.az saytının məlumatına görə, 1 günlük yarışda komanda üzvlərimizdən ən yüksək nəticəyə Markus Eybeger imza atıb.
Velosipedçimiz starta çıxan 174 iştirakçı arasında 3-cü yeri tutub. O, 193,6 km məsafəni qaliblə eyni vaxtda – 4 saat, 28 dəqiqə, 21 saniyəyə bitirib və fotofinişə əsasən 3-cü nəticə göstərib.
Azərbaycanın U-23 komandasının üzvü Samir Cəbrayılov finişi qalibdən 46 saniyə sonra keçən pelotonun içərisində olub.
Qeyd edək ki, yarışda ümumilikdə 17 komanda mübarizə aparıb.
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı