“Meksikanın şərəfi üçün vuruşacağıq”
13.06.2014 - 15:27
“Braziliyada əla çempionat olacaq. Artıq ilk oyun keçirildi və nə qədər maraqlı olduğunu hamı gördü”. Apasport.az xəbər verir ki, bunu Meksika milli komandasının futbolçusu Rafael Markes deyib.
Təcrübəli müdafiəçi mundialda uğurlu oynayacağına əmin olduğunu bildirib: “Ən azından Meksikanın şərəfi üçün vuruşacağıq. Braziliyada özümü evimdəki kimi hiss edirəm. Kamerun millisi yaxşı komandadır. Amma bizə ilk oyunda mütləq qələbə lazımdır. Orada “Barselona”da bir yerdə oynadığım Samuel Eto’O kimi futbolçu var. Bizə asan olmayacaq”.
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
0
0