Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku” mayın 30-31-də Estoniyada keçiriləcək nüfuzlu yarışda iştirak edəcək. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı 2 mərhələli yarışında komandamız 7 velosipedçi ilə təmsil olunacaq.
Heyətə Kristof Şvayzer, Konnor McConvey, Daniel Klemme, Lük Deyvison, Maksim Averin, Metyu Bremmier və Maykl Şvayzer daxil edilib. Bir neçə gün öncə İrlandiyada keçirilən “An Post Ras” veloyürüşündə uğurlu çıxışla yadda qalan “Synergy Baku” “Tour of Estonia”da da qələbəyə iddialıdır.
Qeyd edək ki, Estoniya turunda ümumilikdə 12 komanda iştirak edəcək. Bunlardan da 2-si Pro Kontinental, 6-sı Kontinental, 4-ü isə milli komandadır.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib