Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku” iyunun 19-22-də “Tour of Slovenia” yürüşündə mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışında 8 velosipedçimiz çıxış edəcək.
Məşqçilər korpusu Sloveniya turunda Azərbaycanın U-23 milli komandasının üzvləri Tural İsgəndərov və Samir Cəbrayılova, eləcə də Maksim Averin, Metyu Bremmier, Markus Eybeger, Konnor McConvey, Yan Sokol və Aleksandr Surutkoviçə iştirak imkanı yaradıb. 4 mərhələdən ibarət yarışda iştirakçılar ümumilikdə 514 km məsafə qət edəcəklər.
Diqqət çəkən məqam “Tour of Slovenia”da 4 Pro-Tur komandasının da iştirak etməsidir. Bunlar “Cannondale”, “Orica-GreenEdge”, “Katusha” və “Lampre-Merida” kollektivləridir. Adları çəkilən klubların üzvləri planetin ən nüfuzlu velosiped yarışı sayılan “Tour de France”da da iştirak edəcəklər.
Qeyd edək ki, şüarı “Davamlı gələcəyə doğru” olan “Synergy Group” ASC Azərbaycanın ilk peşəkar velokomandası “Synergy Baku Cycling Project”in baş sponsorudur.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib