Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku”nun üzvü Lük Deyvison gələn ay Avstraliya milli komandasının heyətində daha bir nüfuzlu yarışda çıxış edəcək. Apasport.az saytının məlumatına görə, ölkəsinin trek üzrə yığma komandasının velosipedçisi iyulun 23-dən avqustun 3-dək Şotlandiyanın Qlazqo şəhərində təşkil olunacaq sayca 20-ci “Birlik Oyunları”nda mübarizə aparacaq.
Keçmiş Böyük Britaniya imperiyasına daxil olan ölkələr arasında təşkil edilən “Birlik Oyunları” hər 4 ildən bir keçirilir. Yarışların proqramına velosiped idmanının mounten bayk (dağ velosipedi), şosse və trek növləri də daxildir.
Bu ilin fevralında Kolumbiyanın Kali şəhərində keçirilən trek üzrə dünya çempionatında Avstraliya milli komandasının heyətində 4000 metr məsafəyə komanda izləmə yarışında qızıl medal qazanan Lük Deyvisonun adı artıq “Birlik Oyunları”nda iştirak edəcək heyətə salınıb.
Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib