Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) birgünlük Almatı Turuna (Tour of Almaty) 1.1 kateqoriyasının verilməsi ilə bağlı qərar qəbul edib. Apasport.az saytının xəbərinə görə, cari ilin avqustun 3-də keçiriləcək nüfuzlu yarışda Pro Tur komandaları da iştirak edəcək.
Artıq təşkilatçılar “Tour of Almaty”da iştirak etmək üçün 20 komandaya dəvət göndəriblər ki, bunların içərisində “Astana Pro Team”, “Katusha Team”, “Giant-Shimano”, “Movistar”, “Omega Pharma - Quick-Step” kimi dünya liderləri də var.
Diqqətçəkən məqam Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku Cycling Project” Kontinental komandasının planetin ən güclü kollektivləri ilə mübarizə aparmaq üçün növbəti dəfə Astana Turuna dəvət almasıdır. İştirakçılar birgünlük yarışda 186 km məsafə qət etməlidirlər.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib