Avqustun 18-də bədii gimnastika üzrə Azərbaycan çempionatı keçiriləcək. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, 24-cü dəfə keçiriləcək yarışa 25 idmançı qatılacaq.
Gənclər və böyüklər üzrə yaş kateqoriyalarına ayrılacaq bu gimnastlar halqa, top, gürzlər və lentlə mübarizə aparacaqlar.
Yarışa “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Start” İdman Klubu, “Zirvə İnternational” İdman Klubu, Gəncə, Qusar və Kürdəmir təmsilçiləri qatılacaq. Həmçinin ölkəmizdə təlim-məşq toplanışında olan xarici idmançılar da öz maraqlı çıxışları ilə izləyicilər qarşısına çıxacaqlar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında baş tutacaq çempionatın bileti 6 manatdı. Saat 12:00-da start götürəcək yarışı canlı izləmək istəyənlər biletləri arenanın kassasından əldə edə bilərlər.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib