Fransanın paytaxtı Parisdə və Almaniyanın Düsseldorf şəhərində “Böyük Dəbilqə” yarışlarına qatılacaq cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamız hər 2 yarışa əsasən ehtiyat qüvvə ilə qatılacaq.
Belə ki, “Böyük Dəbilqə” turnirində ölkəmizi Tərlan Kərimov, İlqar Müşkiyev (hər ikisi 66 kq), Fəqan Quluzadə (81 kq), Rüfət İsmayılov, Əbdülhəqq Rəslullu (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Bazarakça Erdenabat (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinkorlo Munktsedev (57 kq) və İrina Kindzerska (+78 kq) təmsil edəcəklər.
Parisdə baş tutacaq turnir fevralın 10-11-də, Düsseldorfdakı yarış isə ayın 23-25-də olacaq.
Qeyd edək ki, yığmamız hazırda baş məşqçi Ruslan Maşurenkonun rəhbərliyi altında Bakı Olimpiya Stadionunda yerləşən təlim-məşq bazasında hazırlıq keçirlər.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb