İspaniyanın San-Sebestyan şəhərində gənclər arasında kikboksinq üzrə Avropa birinciliyi başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda qitənin ən güclü gənc kikboksçuları ilə yanaşı Azərbaycan milli komandası da mübarizə aparıb.
Avropa birinciliyində millimizin heyətində "Neftçi İdman Klubu"nun 10 üzvü - Zəlimxan Süleymanov, Zayal Əliyev, Çingiz Əhmədzadə, Qiyas Şahmarfanov, Nəcməddin Məmmədzadə, Kamran Bayramov, Məqsəd Hacıyev, Elvin Məhərrəmov, Rauf Gərayzadə və Elmir Süleymanov yer alıb.
Azərbaycan idmançıları nəticədə 8 medal qazanaraq mötəbər yarışı uğurla başa vurublar. Bu medallardan 5-ni "Neftçi İdman Klubu"nun yetirmələri qazanıb. 51 kq çəki dərəcəsində yarışan Çingiz Əhmədzadə bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.
75 kq çəkidə mübarizə aparan Elmir Süleymanov yalnız finalda uduzaraq gümüş medal qazanıb. "Neftçi İdman Klubu"nun daha 3 üzvü - Nəcməddin Məmmədzadə, Qiyas Şahmərdanov və Kamran Bayramov Avropa birinciliyini 3-cü yerdə başa vurublar.
Beləliklə, baş məşqçi Ehram Məcidovun yetirmələri bu il "Neftçi İdman Klubu"na Respublika Kubokunu qazandırdıqdan sonra, Avropa birinciliyinə də zəfərlə başa vurublar.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib