Bakı İdman Sarayında şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş ikinci beynəlxalq cüdo turnirinə yekun vurulub. Apasport.az saytı xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunan “Raquf Orucov Kuboku”nda yaşı 21-dək oğlan və qızlardan ibarət klub komandaları iştirak edib.
Turnirdə Azərbaycanı təmsil edən komandalar, həmçinin Rusiya və Gürcüstanın klubları mübarizə aparıb. Turnirdə uğurla çıxış edən “Qəbələ” İdman Klubunun cüdoçuları yarışın qalibi adını qazanıb. Komanda finalda “Judo Club 2012” ilə qarşılaşıb. Həlledici görüşdə 5:1 hesabı ilə qalib gələn “Qəbələ”nin gənc cüdoçuları “Raquf Orucov Kuboku”na sahib olublar.
Bürünc medallara "Atilla-1" və Gürcüstan komandaları layiq görülüblər.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb