Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov sabah növbəti sınağına çıxacaq. Apasport.az saytının məlumatına görə, təmsilçimiz Qazaxıstanın Almatı şəhərində təşkil olunacaq “Fight Night Global 86” çərçivəsində qüvvəsini sınayacaq.
Yüngül çəkidə mübarizə aparan Abbasov üç raundluq döyüşdə Qazaxıstan təmsilçisi Adil Boranbayevlə üz-üzə gələcək. İdmançılar turnirdən bir gün öncə rəsmi çəki mərasimində iştirak ediblər.
Sabah keçiriləcək qarşılaşma “Almatı Arena”da baş tutacaq. Bu, hesabında 19 qələbə olan Nərimanın 23-cü döyüşüdür. 24 yaşlı döyüşçümüzün rəqibi isə keçirdiyi 15 görüşdə 9 dəfə qalib gəlib.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib