Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Berlində keçirilən İddiaçılar Turnirində çıxışını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı şahmatçı yenidən geri qayıdacağını açıqlayıb.
Yarışda ikinci yeri tutan həmyerlimiz feysbuk səhifəsində azarkeşlərdən bağışlanmasını da istəyib: “Dostlar, bu gün sizdən sadəcə məni dinləməyi xahiş edirəm. Sizdən şikayətim yoxdu. Vaxtımın azlığına baxmayaraq, sizləri izlədim. Azərbaycanlı olsam da, mənə yox, italiyalıya və ya erməniyə olan dəstəyi də gördüm. Yaxşı ki, varsız demək istəyirəm. Sizlərə birinciliyi yaşatmadım, sorry (bağışlayın). Amma sonuncu olmaq hissiyyatını yaxın belə buraxmadım. Mənə sona qədər inandığınız üçün çox sağ olun. Sizin bütün mesajları almışam, amma siz cavab almamısızsa, üzrlü sayın. Sadəcə, inanın. Yaxşı ki, varsız. Biz geri qayıdacağıq. Uğurla və 100 dəfə sağ olun”.
Qeyd edək ki, yarışına qalibi adını amerikalı 9 xalla Fabiano Karuana qazanıb. O, Məmmədyarovu 1 xal qabaqlayıb.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb