Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda qurumun prezidenti Çinq-Kuo Vunun vəzifəsindən kənarlaşdırılmaq məsələsinə baxılıb.
Komitə üzvlərinin yekdil qərarı ilə federasiya prezidenti bu hüquqdan məhrum olunub.
AİBA-nın müvəqqəti prezidenti Franko Falçinelli bu addımın məcburiyyətdən atıldığını bildirib: “Vu vəzifəsindən uzaqlaşdırılmasaydı, biz faciəvi vəziyyətə düşərdik. Biz heç vaxt belə olmamışıq. Bəxtimiz gətirdi ki, İntizam Komitəsinin qərarı onun fəaliyyətini dərhal dayandırdı”.
İcraiyyə Komitəsinin üzvü Pet Fiaçço isə AİBA rəhbərinin fəaliyyəti ilə bağlı üzə çıxan faktlardan şoka düşdüyünü açıqlayıb: “Biz heç vaxt düşünə bilməzdik ki, bu, bizim təşkilatı öz şəxsi büdcəsinə çevirməyə cəhd edəcək. Ona görə bu faktlar hamımızı şoka saldı”.
Qeyd edək ki, Vu 2006-cı ildən AİBA-nın prezidentidi. O, bu postda pakistanlı Ənvər Çoudrini əvəzləmişdi. 2012-ci ildən BOK-un İcraiyyə Komitəsinə üzv olan funksioner 2014-cü ilin noyabrında növbəti dəfə AİBA rəhbəri seçilib.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib