[b]"Neftçi İdman Klubu”nun sablyaçıları Plovdivdən 2 medalla qayıdır[/b]
08.09.2015 - 14:16
Bolqarıstanın Plovdiv şəhərində qılıncoynatmanın sablya növü üzrə beynəlxalq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan, Türkiyə, Rumıniya, İraq və Bolqarıstandan 25 idmançı öz bacarığını nümayiş etdirib.
"Neftçi İdman Klubu”nun sablyaçılarından Cavanşir Ağakişiyev bütün görüşləri qələbə ilə başa vuraraq turnirin qalibi adını qazanıb. Nərminə Cəfərova isə zərif cinsin nümayəndələri arasında təşkil olunan yarışda bürünc medala layiq görülüb.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0